Pəhləvanlarımız İranda çempion oldular
İranda sərbəst güləş üzrə klublararası dünya çempionatına yekun vurulub.
Sportline.az xəbər verir ki, idmançılarımız Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənovun çıxış etdiyi “İran Moll” klubu finalda “Azadi”yə 8:2 hesabı ilə qalib gələrək çempion olub.
Hacı və Cəbrayıl keçirdikləri görüşlərdə qalib gəliblər.
Qeyd edək ki, yunan-Roma güləşçimiz Eldənz Əzizlinin (55 kq) klubu “İran Moll” da çempion olub.