Qadın güləşçilərdən ibarət komandamız 4-cü oldu

Qadınlardan ibarət seçməmiz Avropa çempionatını uğurla başa vurub.

Sportline az xəbər verir ki, yarışa 8 güləşçiylə yollanan millimiz 1 qızıl, 3 bürünc medal qazanıb. Ümumilikdə 96 xal toplayan komandamız Avropa 4-cüsü olub.

Seçməmiz yalnız Rusiya (168), Bolqarıstan (112) və Türkiyədən (98) geri qalıb.