Rublyov Safini geridə qoydu

Rusiyalı tennisçi Andrey Rublyov ATP seriyalı turnirlərin şəxsi yarışlarında qazanalıan qələbələrə görə məşhur həmvətəni Marat Safini qabaqlayıb.

Sportline.az xəbər verir ki, hazırda dünyanın 6-cı tennisçisi sayılan idmançı buna Madriddə keçirilən "Masters" seriyalı yarışda nail olub.

O, turnirin final matçında kanadalı Feliks Oje-Alyasimə qalib gələrək ATP-də 16-cı titulunu qazanıb.

Qeyd edək ki, 2009-cu ildə karyerasını bitirən Marat Safin bu uğura 15 dəfə imza atmışdı.