Seçmə komandamız İstanbulda

Azərbaycanın sərbəst güləşçiləri İstanbulda təlim-məşq toplanışındadırlar.

Sportline.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək.

Sonra komandamız iyulun 11-dən 14-dək İstanbulda təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.