Seçmə komandamız İtaliyaya yollanır

Mayın 23-dən 25-dək İtaliyanın Sassari şəhərində güləş üzrə Matteo Pellikone Memorialı keçiriləcək.

Sportline.az xəbər verir ki, turnirdə ölkəmizi qadın güləşçilərimiz təmsil edəcəklər.

Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.