Seçmə komandamızdan 6 medal

Polşanın Krakov şəhərində 15 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir.

Sportline.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, iyunun 27-də start götürən qitə birinciliyinin sərbəst güləş yarışlarına yekun vurulub. Bu yarışlarda altı güləşçimiz fəxri kürsüdə yer alıb. Abdulrəhman İbrahimov (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. İlkin Qəmbərov (52 kq) gümüş, Elman Məmmədov (38 kq), Musa Ağayev (48 kq), Elcan Nadirli (52 kq) və Elnur Qədirov (57 kq) bürünc medal qazanıblar.