Uimbildon Tennis turnirində favoritlər növbəti mərhələdə
Yannik Sinner, Karlos Alkaras və Koko Qauff mövsümün üçüncü böyük tennis turniri olan Uimbldonda dördüncü tura yüksəliblər.
Sportline.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda ot kortlarında keçirilən yeganə böyük dəbilqə turnirində kişilərin tək yarışında dünya 1 nömrəsi Sinner üçüncü turda Miomir Keçmanoviçlə qarşılaşıb.
1 saat 36 dəqiqə davam edən görüş italiyalı tennisçinin 6-1, 6-4 və 6-2 -lik setlərlə 3-0 hesablı qələbəsi ilə tamamlanıb.
Kişilərin fərdi yarışında turnirin son çempionu ispaniyalı Karlos Alkaras ABŞ-li Frensis Tiafoya 3:2 (5-7, 6-2, 4-6, 7-6, 6-2) hesabı ilə qalib gələrək adını dördüncü tura yazdırıb.
Qadınların tək yarışında dünya ikincisi ABŞ-li Koko Qauff Böyük Britaniyadan olan Sonay Kartalla üz-üzə gəlib. Qauff 6-4 və 6-0 hesablı setlər nəticəsində rəqibi üzərində 2-0 üstünlüyü əldə edərək dördüncü tura yüksəlib tura yüksəldi.