Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan stolüstü tennis turniri keçirilib
Stolüstü tennisçilər Heydər Əliyev ilinə həsr olunan “TOP-8” turnirində bacarıqlarını göstəriblər.
Sportline.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən ənənəvi yarışda Azərbaycan çempionatında ilk 8 yeri tutan idmançılar mübarizə aparıblar. Kişilərin turniri Adil Əhmədzadənin qələbəsi ilə nəticələnib. O, finalda Hilal Həsənovu məğlub edərək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Nihad Məmmədov 3-cü yeri tutub.

Qadınların final görüşündə Ləman Abdulhəmidovaya qalib gələn Məryəm İmanova baş mükafata layiq görülüb. Mərziyyə Nurmətova 3-cü pillədə qərarlaşıb. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir stolüstü tennisin populyarlığını və idmançıların hazırlıq səviyyəsini artırmaq məqsədi ilə təşkil edilib.