Yunan-Roma güləşçilərimizdən 1 gümüş, 2 bürünc

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatı sona yaxınlaşır.

Sportline.az xəbər verir ki, dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serbiyalı güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. O, 1/4 finalda əsas rəqiblərindən sayılan gürcüstanlı pəhləvana da heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Lakin, finalın bir addımlığında rusiyalıya uduzan Əzizli bu gün bürünc medal uğrunda güləşib. Türkiyəli Şerif Kılıcla güləşən  Eldəniz bürünc mükafata yiyələnib.

Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançı ilə görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf Məmmədov olub. Yarımfinalda norveçli rəqibinə uduzan azərbaycanlı pəhləvan 3-cü yer uğrunda mübarizə aparıb. Taleh erməni rəqibi ilə görüşdə parlaq qələbəylə Avropa 3-cüsü olub. 

Elvin Mürsəliyev ilk mərhələdə almaniyalı rəqibinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyinə görə Mürsəliyev bu gün təsəlliverici görüşünə çıxıb. Bürünc medal yolunda ilk maneə isə ermənistanlı dünya və Avropa çempionu Arsen Julfalakyan olub. Mürsəliyev dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə uduzub.

İslam Abbasov startda çətinliklə də olsa, almaniyalı rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda rusiyalı olimpiya çempionu Davit Çakvetadze ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov onu da məyus edərək 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə Azərbaycan güləşçisi Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. O, Ukrayna təmsilçisi, son olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə bitirən Abbasov ikincisi hissədə buraxdığı bir səhvin qurbanı olub və gümüş medalla kifayətlənib. Qeyd edək ki, bu, İslamın böyüklər arasında Avropa çempionatında ilk medalıdır.

Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində qələbə qazanıb. Daha sonra o, türkiyəli dünya çempionu Rza Kayaalpa uduzub. Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni bu gün təsəlliverici görüşlə davam etdirmək imkanı verib. Sabah ilk təsəlliverici görüşdə çətinlik çəkmədən xorvat güləşçini mübarizədən kənarlaşdırıb. İkinci təsəlliverici görüşdə yerli idmançıyla qarşılaşan güləşçimiz xalçadan məğlub ayrılıb.

55 kq

Bürünc medal görüşü - Eldəniz Əzizli - Şerif Kılıc (Türkiyə) - 8:0
1/2 finalEldəniz Əzizli - Vitali Kabaloyev (Rusiya) 5:7 
1/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) - 9:0 
Təsnifat. Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya) - 9:0 

63 kq

Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (Ermənistan) - 6:2
2/1 final - Taleh Məmmədov - Stiv Andre Berge (İsveç) 2:4
1/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (Rumıniya) - 8:7 
Təsnifat. Taleh Məmmədov - Donior İslamov (Moldova) - 8:3 

77 kq

Təsəlliverici görüş - Elvin Mürsəliyev - Arsen Julfalakyan (Ermənistan) - 1:2 
Təsnifat. Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya) - 0:6

87 kq

FİNAL - İslam Abbasov - Jan Beleniuk (Ukrayna) - 1:5
1/2 final -  İslam Abbasov - Mikalay Stadub (Belarus) - 4:0 
1/4 final - İslam Abbasov - Maksim Manukyan (Ermənistan) - 6:1 
1/8 final - İslam Abbasov - David Çakvetadze (Rusiya) - 2:1 
Təsnifat. İslam Abbasov - Denis Kudla (Almaniya) - 1*:1

130 kq

Təsəlliverici görüş - Sabah Şəriəti - Alin Ciurariu (Rumıniya) - 0:2 
Təsəlliverici görüş - Sabah Şəriəti - Ante Milkoviç (Xorvatiya) - 10:2 
1/8 final - Sabah Şəriəti - Rza Kayaalp (Türkiyə) - 0:5 
Təsnifat. Sabah Şəriəti - Stepan David (Çexiya) - 7:1