Almeyda baş tutmayan anlaşmadan söz açıb

Braziliyalı MMA döyüşçüsü Jailton Almeyda rusiyalı Aleksandr Volkovla görüşün baş tutmamasının səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu idmançıların UFC 302 turnirində qarşılaşacağı haqda məlumat təsdiqini tapmayıb.

"Bizə Volkovla döyüş təklif olunmuşdu. Təklifi qəbul edib, müqavilə bağlamışdıq. Sonradan qeyri-müəyyənlik yarandı. Hazırda məşqlərimi davam etdirirəm. Gözləmə mövqeyindəyəm", - deyə Almeyda "Ag.Fight"a açıqlamasında bildirib.

Qeyd edək ki, braziliyalı idmançının növbəti rəqibinin Volkovun əvəzinə digər rusiyalı Sergey Pavloviç olacağı gözlənilir.