Avroliqa: Cavab görüşlərinin hakimləri bəlli oldu

Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinin hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunlarda Rumıniya və Polşadan olan hakimlər briqadası ədaləti təmsil edəcək:

"Mançester Yunayted" - "Selta"
Hakimlər:
 Ovidiu Alin Hategan, Oktavio Sovre,  Sebastyan Eugen Corcio, Radu Adrian Qinquleas (hamısı Rumıniya)

"Lion" - "Ayaks"
Hakimlər:
 Şimon Marçinyak, Pavel Sokolniçki və Tomas Listieviç, Radoslav Sieyka (hamısı Polşa)