Caber azarkeşləri qınadı

Dünyanın 5-ci raketkası Ons Caber qadın tennisinin lideri İqa Svyonteki dəstəkləyib.

Sportline.az xəbər verir ki, tunisli idmançı Daily Express nəşrinə açıqlamasında bəzi azarkeşləri yersiz tənqiddə haqsız sayıb: "Bəli, biz bu cür tənqidi msajlar alırıq. İqanın bunlara cavab verməsinə şadam. Uddun, uduzdun fərqi yoxdur. Bəzi fanatlar yalnız neqativə kökləniblər. İşsiz-gücsüz adamlar bizim oyunlara pul qoyurlar. Uduzanda isə belə yersiz tənqidlərə tuş gəlirik".

Qeyd edək ki, Ons Caber Sinsinatidə keçirilən turnirin 1/4 finalına yüksəlib.