Cokoviç Federerin rekordunu qırdı

Novak Cokoviçin Amerika turnirlərinə triumfal dönüşü davam edir. 

Sportline.az xəbər verir ki, serbiyalı tennisçi Sinsinati yarışının ardınca US Open turnirində də qələbəyə doğru inamla irliləyir. 

Məşhur idmançı 1/4 finalda Amerika tennisinin lideri Teylor Fritsi mübarizədən kənarlaşdırıb. Cokoviç bununla "Böyük dəbilqə" seriyasında ən çox (47) yarımfinala adlayan idmançı ünvanına sahib çıxıb. 

Ondan əvvəl bu rekord isveçrəli Roje Federerə məxsus idi.