Dastin Poryenin arzusu

ABŞ-ın məşhur MMA döyüşçüsü Dastin Porye UFC 300 yubiley turnirində çıxış etmək arzusundadır.

Sportline.az xəbər verir ki, təcrübəli idmançı MMA Fighting-ə müsahibəsində bu istəyini açıqlayıb.

Sözügedən turnir 2024-cü ilin yazında keçiriləcək.

"Düşünürəm ki, bu çox yaxşı olardı. Yəqin ki, UFC 400-də döyüşməyəcəyəm, UFC 200-də isə iştirak edə bilmədim. Ona görə də bu imkanı qaçırmamağa çalışacağam", - deyə Porye bildirib. 

Qeyd edək ki, Porye son döyüşündə həmyerlisi Castin Qetji ilə qarşılaşıb.

Kəmər uğrunda döyüş ikinci raundda Castinin təmiz qələbəsi ilə nəticələnmişdi.