Entoni Coşua fiziki formasını nümayiş etdirdi

Boks üzrə ikiqat dünya çempionu Entoni Coşua növbəti döyüşə hazırlaşır.

Sportline.az xəbər verir ki, ağır çəkili idmançı isveçli Otto Vallinlə görüşdə qələbəyə köklənib.

O, sosial şəbəkə hesabında hazırkı fiziki formasını nümayiş etdirib.

Döyüş dekabrın 23-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.

Qeyd edək ki 34 yaşlı britaniyalı avqust ayındakı son döyüşündə finlandiyalı Robert Heleniusu nokauta göndərmişdi.