Erməni idmançı nüfuzlu yarışdan uzaqlaşdırıldı
Erməni əsilli rusiyalı tennisçi Karen Xaçanov "Böyük dəbilqə" seriyalı "Uimbldon" turnirindən kənarlaşdırılıb.
Sportline.az sports.ru-ya istinadla xəbər verir ki, bunun səbəbi hələ ki, açıqlanmır.
Yarışın təşkilatçıları onun yerinə argentinalı Xuan Manuel Serundolonun qeydiyyata alındığını bildiriblər.
Karen Xaçanov 2021-ci ildə turnirin 1/4 finalınadək irəliləmişdi.