Həbib Nurmaqomedov: "Oğlumun peşəkar idmançı olmağını istəməzdim"

UFC-nin sabiq çempionu Həbib Nurmaqomedov oğlunun gələcəyi ilə bağlı düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, məşhur idmançı övladının onun yolunu davam etdirməsini istəmədiyini deyib.

"Oğlum mənim döyüşlərimi göstərməyimi xahiş edir. Bilmirəm necə eləyim? İstəməzdim ki, o da peşəkar idmançı olsun. Amma, təkid edəcəyi halda seçim onun olacaq. Onun sadə insan olmasını arzulayıram", - deyə Nurmaqomedov "MMA Junkie" kanalına müsahibəsində istəyini açıqlayıb.

Qeyd edək ki, Həbib Nurmaqomedov keçirdiyi 29 peşəkar MMA döyüАşünün hamısını qələbə ilə başa vurub.