Həbib Nurmaqomedov: "Pul problemdir"

Məşhur MMA döyüşçüsü Həbib Nurmaqomedov daha bir maraqlı mövzuya toxunub.

Sportline.az xəbər verir ki, dağıstanlı idmançı pulun insanlara təsirindən bəhs edib.

"Mənim pulsuz vaxtlarım da olub, pullu vaxtım da. Hesab edirəm ki, pulsuz daha xoşbəxt həyat yaşayırsan. İnsan nəyəsə ehtiyac duymalıdır. Pul insanı Allahdan da uzaqlaşdırır. Balansı qorumaq lazımdır. Pul problemdir", - deyə Nurmaqomedov sualı cavablandırıb. 

Qeyd edək ki, UFC-nin sabiq çempionu keçirdiyi 29 peşəkar döyüşün hamısını qələbə ilə başa vuraraq, karyerasını məğlubedilməz kimi bitirib.