Həbib Nurməhəmmədov 40 milyon dollardan imtina edib
UFC-nin yüngül çəki dərəcəsində sabiq çempionu Həbib Nurməhəmmədov karyerasını bərpa etməməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, dağıstanlı idmançı UFC-nin ona dönüşü üçün təklif etdiyi 40 milyon dolları da qəbul eləməyib.
Bu haqda Nurməhəmmədovun dostu və komanda yoldaşı Daniel Korme məlumat yayıb
"O mənə dedi ki, qərarını heç vaxt dəyişməyəcək. Qayıtması üçün ona 40 milyon dollar təklif etsələr də, onu fikrindən daşındıra bilməyiblər", - deyə Korme özünün "YouTube" kanalında bildirib.
Qeyd edək ki, məğlubedilməz idmançı keçirdiyi 29 döyüşün hamısını qələbə ilə başa vurmuşdu.
O, 2020-i ildə karyerasını bitirib.