Həbib Nurmaqomedovdan maraqlı açıqlama

Məşhur MMA döyüşçüsü Həbib Nurmaqomedov UFC-nin tanınmayan idmançıları arasında ən yaxşının adını açıqlayıb.

Sportline.z xəbər verir ki, sabiq çempion bu ada Amru Maqomedovu layiq görüb.

O, sosial şəbəkə hesabında Amru ilə birgə şəklini "Tanınmayan yüngül çəkili döyüşçülər arasında ən yaxşısı" yazısı ilə paylaşıb.

Qeyd edək ki, Amru Maqomedov UFC-nin yüngül çəkidəki hazırkı çempionu İslam Maxaçovun sparrinq-rəqibidir.