Konor Makqreqor planları açıqladı
UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor (22-6) gələcək planlarından söz açıb.
Sportline.az xəbər verir ki, irlandiyalı idmançı ilin sonunadək pərəstişkarlarını sevindirmək niyyətindədir.
"Hələlik vaxtla bağlı problemim var. Filmlə məşğulam, qarşıda Müqəddəs Patrik bayramı var. Yalnız bundan sonra məşqə vaxt ayıra biləcəyəm. Əsas məsələ döyüşün vaxtının təyin olunmasıdır. Əminəm ki, ilin sonunadək oktaqona çıxacağam", - deyə Konor "talkSPORT" bildirib.
Qeyd edək ki, 35 yaşlı Makqreqor sonuncu dəfə 2021-ci ilin iyununda oktaqona çıxmışdı.
Həmin döüşdə ayağından ciddi zədələnən irlandiyalı ilk raunddaca Dastin Poryeyə uduzmuşdu.