Konor Makqreqordan maraqlı açıqlama

UFC-nin sabiq çempionu Konor Makqreqor maraqlı açıqlamalarla gündəmə gəlib.

Sportline.az xəbər verir ki, məşhur irlandiyalı Hollivuddan aldığı təkliflərdən söz açıb.

"MMA-da parlayan vaxtlar Hollivuddan bir neçə təklif almışdım. Təbii ki, onlardan imtina eləyirdim. Məşhur filmlərin rejissorları yanıma gəlsələr də fikrimdən daşındıra bilməmişdilər. Onlar yəqin ki, məni özündənrazı sayırdılar", - deyə Makqreqor "Total Film"ə açıqlamasında bildirib.