Maxaçov növbəti döyüşün vaxtını açıqladı

UFC-nin yüngül çəkidə çempionu İslam Maxaçov növbəti döyüşünün vaxtını açıqlayıb.

Sportline.az xəbər verir ki, rusiyalı MMA döyüşçüsü gələn ilin mart ayında pərəstişkarlarını sevindirmək niyyətindədir.

"Mart ayında oktaqona çıxmağa hazıram. Ya da Ramazandan sonra", - deyə o, X sosial şəbəkəsində məlumat paylaşıb.

Qeyd edək ki, 2024-cü ildə müsəlmanların müqəddəs Ramazan ayı aprelin 9-da başa çatacaq. 

Aktivində 26 döyüş olan Maxaçov onların cəmi birində məğlubiyyətlə barışıb.