Məşhur idmançı cəzalandırıldı
Məşhur döyüş ustası Toni Ferguson cəzalandırılıb.
Sportline.az xəbər verir ki, UFC döyüşçüsü sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə bu halla qarşılaşıb.
Bu ilin mayında Los-Ancelesdə polis əməkdaşları tərəfindən sərxoş vəziyyətdə saxlanılan 39 yaşlı idmançı bir il şərti həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Toni Fergüson dekabrda Patrik Pimblettələ qarşılaşmalı idi.