Məşhur idmançı karyerasını bitirdi

Daha bir məşhur idmançı karyerasını başa vurub.

Söbət estoniyalı tennisçi Annet Kontaveytdən gedir.

Sportline.az xəbər verir ki, 27 yaşlı idmançı Uimbldon turnirinin ikinci dövrəsindəki məğlubiyyətdən sonra qərarını açıqlayıb.

Dünyanın sabiq ikinci tennisçisi bu mərhələdə Mari Buzkovaya 1-6, 2-6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, estoniyalı idmançı çiynindəki zədədən əziyyət çəkirdi.