Məşhur idmançı karyerasını bitirir

Amerikalı tennisçi Con İzner karyerasını başa vurmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, məşhur idmançı bu haqda "Tvitter" hesabında məlumat yayıb.

O, US Open turnirindən sonra karyerasını bitirəcək.

Qeyd edək ki, 38 yaşlı amerikalı ATP seriyalı turnirlərin 24 qat qalibidir.

İzner həmçinin eys sayına görə dünya tennisinin rekordçusudur.