Məşhur idmançı karyerasını bitirir

WBC versiyası üzrə sabiq dünya çempionu Deontey Uaylder (43-3) karyerasını biirmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, məşhur boksçu bununla bağlı açıqlamasında "Görək, sonra nə olacaq. Mənim çox az vaxtım qalıb. Xoşbəxt boksçuyam. Artıq yeni səhifə açmağın vaxtıdır. Mən döyüşçüyəm. Ona görə də tezliklə rinqə qayıtmalıyam. İşdir qayıtmasam, bilin ki, rinqdən həmişə zövq almışam", - deyib.

Qeyd edək ki, Uaylder ötən gün Ər-Riyadda keçirilən döyüşdə hakimlərin yekdil qərarı ilə Cozef Parkerə məğlub olub.