Məşhur idmançı yenidən dopinq qalmaqalında
Məşhur tennisçi Simone Halep yenidən dopinq qəbulunda təqsirləndirilir.
Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Assosiasiyası məlumat yayıb.
Qurumun dopinqlə mübarizə departamentinin direktoru Nikol Sapsted vəziyyətin kifayət qədər ciddi olduğunu açıqlayıb.
Qeyd edək ki, WTA turnirlərinin 24 qat qalibi olan 31 yaşlı rumıniyalı tennisçi ötən ilin oktyabrında dopinqə görə yarışlardan kənarlaşdırılmışdı.