MMA ulduzları Cokoviçlə bir arada

UFC-nin yeni ulduzlarından sayılan Usman Nurmaqomedov pərəstişkarları üçün yeni fotosunu paylaşıb.

Sportline.az xəbər verir ki, məğlubedilməz dağıstanlı idmançı Bellator təşkilatının tədbirində dünya şöhrətli tennisçi Novak Cokoviçlə çəkdirdiyi fotonu "Dünyanın ən yaxşı tennisçisi" yazısı ilə təqdim edib.

Fotoda həmçinin Usmanın qardaşı Umar Nurmaqomedov da yer alıb.

Qeyd edək ki, Usman Nurmaqomedov keçirdiyi 17 peşəkar döyüşün hamısında qələbə çalıb. 

Umar isə 16 görüşdən 16 qələbə ilə ayrılıb.