Novak Cokoviçdən maraqlı açıqlama
Dünya tennisinin lideri Novak Cokoviç ATP-nin rəhbərliyini növbəti dəfə tənqid edib.
Sportline.az The Tennis Later nəşrinə istinadla xəbər verir ki, serbiyalı idmançı tennis yarışlarına pul qoyuluşundn narahatlığını ifadə edib.
"Pul qoyuluşu artıq leqallaşıb. Bukmeker kontorları tennis yarışlarından 100 milyonlarla pul qazanır. Bu çox vacib mövzudur. Təəssüf ki, hər dəfə bu mövzuya qayıtmalı oluruq. İdmanımızın təmiz qalması üçün mübarizə aparmalıyıq", - Cokoviç belə deyib.
Qeyd edək ki, Novak Cokoviç "Böyük dəbilqə" seriyalı turnirlərin 24 qat qalibidir.