Nurmaqomedov Topuriyaya çağırış etdi

"Bellator"da çıxış edən məğlubedilməz MMA ustası Usman Nurmaqomedov  yeni döyüşə çıxmağa hazırdır.

Sportline.az xəbər verir ki, rusiyalı idmançı UFC-nin yarımyüngül çəkidə çempionu İlya Topuriyaya çağırış edib.

"Hər matador üçün öküz tapılar. Umara çəkisini artırmaq lazım deyil. Qardaşı sənin dərsini verəcək", - deyə Usman sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Topuriya fevralın 18-də keçirilən UFC turnirində avstraliyalı Aleksandr Volkanovskini ikinci raundda nokauta göndərib.