Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında

Stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Sportline.az xəbər verir ki, o, milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə “China Table Tennis College Europe” qurumunun aprelin 8-dən 15-dək Lüksemburqda keçirdiyi hazırlıq prosesində iştirak edəcək.

Təlim-məşq toplanışına dünya səviyyəli çinli məşqçilər  - 4 qat Olimpiya çempionu Zhanq Yinqyinqlə digər Olimpiya çempionu Yanq Sen rəhbərlik edəcək.

İstedadlı idmançı ardınca 17-20 aprel tarixlərində Lüksemburqda keçiriləcək “WTT Youth Contender” turnirində bacarığını göstərəcək.