Pereyra Çimayevi aşağıladı

UFC-nin yüngül çəki dərəcəsindəı çempionu Aleks Pereyra çeçen əsilli döyüşçü Həmzət Çimayevin sözlərini cavablandırıb.

Sportline.az xəbər verir ki, braziliyalı idmançı Çimayevin UFC prezidenti Dana Uaytdan ona yüngül çəki dərəcəsində kəmər  uğrunda Pereyra ilə döyüş təşkil etmək xahişini belə izah edib.

"Hər şey Israel Adesanya ilə döyüşdən sonra baş verib. Onda mən UFC-nin orta çəki dərəcəsində çempionluq kəmərini qazanmışdım. Həmin vaxt Çimayev mənə meydan oxudu. Mən isə ona yüngül çəki dərəcəsində döyüş keçirməyi təklif etdim. Gördüyünüz kimi, o, mənim təklifimi qəbul etmədi. Indi mən yüngül çəki dərəcəsindəki divizionda çempionam və o, məni artıq bu çəki dərəcəsində mübarizəyə çağırır. Bu, Çimayevin sadəcə diqqəti özünə cəlb etmək istəyinin göstəricisidir. Buna görə də onun sözlərinin mənim üçün heç bir mənası yoxdur ", - deyə Pereyra özünün YouTube kanalında fikirlərini bölüşüb.