Qardaşını döyən məşhur idmançı haqqında maraqlı faktlar

UFC-nin yüngül çəkidə sabiq çempionu Camal Hillin həbsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Sportline.az xəbər verir ki, o, qardaşı Ceyms Antoni Hillə qarşı zorakılıqda ittiham olunur.

MMA Junkie-nin məlumatına əsasən mübahisə Camalın evini təmizləmək üçün 300 dollar ödəmək lazım olub-olmaması ilə bağlı məsələyə görə yaranıb.

Zərərçəkənin dediyinə görə, UFC döyüşçüsünün endirdiyi zərbələrdən sonra o, huşunu itirib.

Əvvəlcə qardaşının karyerasına xələl gətirməməmk üçün polisə müraciət etmək istəməyən kiçik Hill sonradan fikrini dəyişib.

İşlə bağlı araşdırma davam edir.