Spirtli içki qəbul etdi, diskvalifikasiya edildi

Stoülstü tennisçi Vasili Filatov yarışdan diskvalifikasiya edilib.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Federasiyanın İdman və İntizam Komissiyası stoülstü tennisçi Vasili Filatovu Rusiya kubokunda spirtli içki qəbul etdiyinə görə yarışlardan uzaqlaşdırıb.

Qeyd edək ki, hadisə Soçidə stolüstü tennis üzrə Rusiya kubokunda qeydə alınıb. Tennisçi oyun zamanı açıq-aşkar spirtli içki qəbul etdiyindən yarışdan kənarlaşdırılıb və 6 ay müddətinə diskvalifikasiya olunub.