Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Sabah stolüstü tennis üzrə Azərbaycan çempionatına start veriləcək.

Sportline.az xəbər verir ki, “Şüa” idman kompleksində keçiriləcək yarışa respublikanın müxtəlif  şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar.

4 gün davam edəcək yarışda fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.