Stolüstü tennis üzrə milli komandamızın baş məşqçisi idmançıların hazırlıqlarını müsbət dəyərləndirib
Stolüstü tennis üzrə seçmə komandanın baş məşqçisi Fərhad İsmayılov idmançılarımızın beynəxlaq yarışlardakı iştrakı haqqında danışıb.
Baş məşqçi Fərhad İsmayılov Sportline.az-a açıqlamasında bildirib ki, idmançılar bu il ərzində qatıldıqları beyənlxalq yarışlarda yaxşı nəticələr əldə ediblər. Onun sözlərimə görə seçmə komandamız keçən ay keçirilən dünya reytinq turnirində 1 bürnc medal əldə edib. İdmançılarımız digər beynəlxalq yarışlardan isə 1 qızıl, 3 gümüş və 4 bürünc medalla vətənə qayıdıblar. Bu yaxınlarda Sankt-Peterburqda təşkil oluan turnirdə komandamız 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, təcrübəli çalışdırıcı hazırda keçirilən Azərbaycan Kuboku yarışında fərqlənən idmançıların seçmə komandaya cəlb olunacağını da bildirib.