Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə

Stolüstü tennisçilərimiz Misirin paytaxtı Qahirədə startı verilən dünya seriyalı “WTT Youth Contender” turnirinə qatılıblar.

Sportline.az xəbər verir ki, nüfuzlu yarışda əvvəlcə oğlanlar mübarizə aparacaqlar.

Milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında Adil Əhmədzadə və Onur Quluzadə etimadı doğrulmağa çalışacaq.

Oktyabrın 26-dan 29-dək isə qızların yarışı keçiriləcək. Məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Mərziyyə Nurmətova və Yağmur Məmmədli bacarığını göstərəcək.

Xatırladaq ki, seçmə komandamız bundan əvvəl Gürcüstanda keçirilən analoji turnirdə 10 medal qazanıb.