Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Türkistan şəhərində keçiriləcək Türkdilli xalqların II Universiadasına qatılacaqlar.

Sportline.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, sabah başlanacaq yarışda 6 idmançımız mübarizə aparacaq.

Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə qızlardan Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, oğlanlardan Nihad Məmmədov, Kənan Pənahov və Fəxri Abdullayev etimadı doğrultmağa çalışacaq.

Zaur Mikayılov isə bu yarışda hakim kimi iştirak edəcək.

Mübarizəyə noyabrın 9-da yekun vurulacaq.