Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar
Stolüstü tennisçilərimiz daha bir beynəlxlaq toplanışa qatılacaqlar.
Sportline.az xəbər verir ki, seçmə komandamızın 6 üzvü bu məqsədlə Qazaxıstana yollanıb. Söhbət Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Rüstəm Hacılıdan gedir.
Onlar seçmə komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 4-dən 13-dək Almatı şəhərində Qazaxıstan millisi ilə birgə təlim-məşq toplanışında iştirak edəcəklər.
Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.