Topuriya Omelli ilə döyüşdən imtina etdi

UFC-nin yarımyüngül çəkidə çempionu İliya Topuriyanın (15-0) pərəstişkarları onun növbəti döyüşünü bir qədər gözləməli olacaqlar.

Sportline.az xəbər verir ki, gürcü idmançı yüngül çəkidəki çempion Şon Omelli (18-1) ilə döyüşməyə tələsmədiyini bildirib.

Onun fikrində Omelli əvvəlcə bu çəkinin reytinq favoriti Merab Dvalişvili (17-4) ilə qarşılaşmalıdır. 

Topuriya X sosial şəbəkəsindəki paylaşımında Omelliyə bunu məsləhət görüb.

Qeyd edək ki, Şon martın 9-da Marlon Veraya (23-9) qalib gəlib.