UFC-nin çempionu bu qidalardan imtina edib

UFC-nin yüngül çəkili çempionu Islam Maxaçovla bağlı maraqlı məlumat yayılıb.

Sportline.az xəbər verir ki, onun fiziki formasını qorumaq üçün bəzi qidalardan imtina etdiyi bildirilir.

Bu haqda misirli MMA meneceri Əli Abdel-Əziz məlumat verib.

"Islam daim inkişafdadır. Bu vaxta qədər Islamdan daha intizamlı dağıstanlı idmançı görməmişəm. O, şəkər və çörəkdən imtina edib. Əsl peşəkardır", - deyə Abdel-Əziz "YouTube ESPN MMA" kanalına açıqlamasında fikirlərini bölüşüb.

Qeyd edək ki, İslam Maxaçov keçirdiyi 26 döyüşün 25-də qələbə çaldığı halda, bir görüşü məğlub bitirib.