UFC-nin debütantından iddialı açıqlama
Braziliyalı döyüş ustası Maurisio Ruffi iddialı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, 27 yaşlı debütant UFC-nin yüngül çəkidə çempionu İslam Maxaçevə "əlcək atıb".
Dübet döyüşündə asan qələbə çalan braziliyalı Maxaçevə ünvanladığı çıxışında belə deyib: "Mənim İslama sözüm var. Hələlik zirvənin dadını çıxar. Bilirəm, dostunu döydüyümə görə pis olmusan. Yeni kral gəlir!"
Qeyd edək ki, Ruffi bu gecə Rio-de-Janeyroda keçirilən UFC 301 turnirində Ceymi Mallarki üzərində qələbə çalıb.