UFC yeni döyüşlərin anonsunu verdi
Döyüş həvəskarlarını qarşıda maraqlı qarşılaşmalar gözləyir.
Sportline.az xəbər verir ki, UFC-nin rəhbəri Dana Uayt bu haqda anons elan edib.
Onun sözlərinə görə UFC-300 turnirində liqanın yarımağır çəkidə sabiq çempionu İrji Proxazka ilə avstriyalı Aleksandr Rakiç üz-üzə gələcək.
Amerikalı Alcameyn Sterlinqin rəqibi həmyerlisi Kelvin Kattar olacaq.
Bo Nikal isə Kodi Brandeyclə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, 2024-cü ilin aprelində keçiriləcək turnirdə Konor Makqreqorla Maykl Çendlerin də döyüşü gözlənilir.