Məşhur idmançı əməliyyat olundu

Dünya tennisinin ulduzu Rafael Nadal əməliyyat olunub.

Sportline.az Relovo nəşrinə istinadən xəbər verir ki, onun sol bel əzələsində yaranan problemə görə cərrahi müdaxiləyə ehtiyac duyulub.

Barselona klinikalarının birində həyata keçirilən əməliyyatın uğurlu alındığı bildirilir.

Qeyd edək ki, ispaniyalı tennisçi "Böyük dəbilqə" seriyalı turnirlərdə 22 dəfə baş mükafata sahib çıxıb.