Monte-Karlo turnirinin qalibi bilindi
Maters seriyalı Monte-Karlo turnirinə yekun vurulub.
Sportline.az xəbər verir ki, yarış yunanıstanlı Stefanos Sisipasın qələbəsi ilə nəticələnib.
O, finalda norveçli Kasper Ruuda qalib gəlib.
Maraqlı mübarizə ilə yadda qalan qarşılaşma 6:1, 6:4 hesabı ilə başa çatıb.
Bu, Yunanıstan tennisçisinin Monte-Karlo turnirində 3-cü qələbəsidir.