Rolan Qarrosda finalın adı bəlli olub

Parisdə keçirilən turnirdə kişilərin təkbətək yarışında yarımfinal görüşləri keçirilib.

Sportline.az xəbər verir ki, mövsümün ikinci böyük dəbilqə tennis turniri Fransa Açıqda (Rolan Qarros), dünyanın 3 nömrəsi Karlos Alkaras və 4 nömrəli tennisçi Aleksandr Zverev kişilərin təkbətək yarışında finala yüksəlib.

Həm Alkaras, həm də Zverev ilk dəfə Rolan Qarrosda finalda oynayacaqlar.

Qeyd edək ki, final qarşılaşması bazar günü, iyunun 9-da keçiriləcək.