Sinner hədəfini açıqladı

Dünya tennisçilərinin reytinqində ikinci olan Yannis Sinner Novak Cokoviçin liderliyini əlindən almaq əzmindədir.

Sportline.az xəbər verir ki, italiyalı idmançı bununla bağlı düşüncələrini bölüşüb.

"Novakla aramızdakı xal fərqini bilirəm. Demirəm ki, mütləq onun mövqeyinə şərik çıxacağam. Amma, mövsüm uzundur və mən bacardığımı əsirgəməyəcəm. Oyun səviyyəmi yüksəldə bilsəm hədəfə çata bilərəm", - deyə Sinner "Marca"ya müsahibəsində bildirib.

Qeyd edək ki, Sinnerin növbəti sınağı bu gün Madriddə başlanan "Masters" seriyalı turnirdir.