Sinner korta dönəcəyi vaxtı açıqladı

Dünya tennisçilərinin reytinqində ikinci olan Yannik Sinner zədə zəbəbindən kortdan kənar qalıb.

Sportline.az xəbər verir ki, "Australian Open"in builki qalibi pərəstişkarlarını çox da intizarda qoymayacaq.

"Hazırda tam gücümlə məşq eləyə bilmirəm. Çox güman ki, qayıdığımla bağlı bir həftə və ya 10 gündən sonra cavab verə biləcəyik", - deyə italiyalı idmançı jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Sinner 7-19 may tarixlərində Romada keçiriləcək Masters turnirində iştirak edə bilməyəcək.  

Onun mayın 26-da başlanacaq "Rolan Qarros" turnirinə qatılacağı da sual altındadır.