Tennisin əfsanəsi Romada korta çıxacaq

Dünya tennisinin canlı əfsanələrindən olan Rafael Nadal pərəstişkarlarını sevindirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, zədə üzündən uzun müddət kortlardan kənarda qalan ispaniyalı may ayında publika önünə çıxacaq.

O, Romada keçiriləcək Masters seriyalı turnirdə iştirak etməyə hazırlaşır.

Nadal artıq yarışda mübarizə üçün sifariş olunub.

Qeyd edək ki, Rafael Nadal "Böyük dəbilqə" seriyalı turnirlərin 22 qat qalibidir.